Avropa Parlamentinin sədri Türkiyəyə üzrxahlıq etdi

«Erməni soyqırımını» tanıyan Avropa Parlamenti Türkiyəyə üzrxahlıq edib.
Аvroparlamentin sədri Martin Şultz Türkiyənin baş nazir Əhməd Davudoğluna zəng edərək qərarın onun iştirakı olmadan qəbul edildiyini bildirib. Şultz qeyd edib ki, Türkiyənin bu məsələyə həssas yanaşdığını bilir və verilən təpkiləri anlayışla qəbul edir.
 
Məlum sənədin Türkiyə-Avropa Birliyi münasibətlərinə zərər verəcəyini, həmçinin Ankara ilə Yerevan arasında uzlaşmaya mənfi təsir göstərəcəyini deyən Davudoğlu Avropa Parlamentinin bu qərarını rədd etdiklərini bildirib. Baş nazir əlavə edib ki, Avropa və ətraf bölgələrdə münaqişələrin getdiyi bir vaxtda Türkiyə ilə Avropa qurumları arasında əməkdaşlıq ən yüksək səviyyədə olmalı idi. Avropa Parlamenti isə «erməni soyqırımını» tanımaqla bunun əksinə hərəkət edib.azadliq/
 

Google+ WhatsApp ok.ru