Avropa Rusiyanın puluna `əl qoydu`

Rusiya “Yukos” şirkətinin səhmdarlarına ödəniləcək təzminatı ödəməyincə, Belçika və Fransa rus şirkətlərinin bank hesablarını donduracaq. Bildirilir ki, Belçika Arbitraj Məhkəməsi Rusiyanın “Yukos” neft şirkətinə 50,1 milyard dollarlıq təzminat kəsib. Bu məbləğ ödənilənə qədər ehtiyat tədbirləri də nəzərdə tutulub. Bu, rus şirkətlərinin mal varlıqlarına və bank hesablarına qadağa qoyulmasıdır.
 
“Yukos”un köhnə səhmdarlarının tələbləri əsasında verilən qərara görə, Belçikadakı 47 təşkilat sorğulanıb. Onlardan əllərində Rus dövlətinə aid varlıq olub-olmadığını 15 gün içində bildirməsi tələb edilib. Tələbin göndərildiyi təşkilatlar arasında rus bankları, rus media təşkilatları və rus kilsəsinin şöbəsi də iştirak edir. Ölkədəki rus diplomatik təmsilçilərkinin hesab və malları isə buraya daxil deyil. 
 
Fransa isə Rusiyanın VTB Bankının bu ölkədəki iştirakçıları olan rus şirkətlərinə və diplomatik nümayəndəliklərinə aid hesabları dondurub. Sonradan diplomatik nümayəndəliklərin hesablarındakı blok götürülüb. 
 
Bu qərarlar “Yukos”un daxil olduğu Yukos Universal Limited (YUL) şirkətinin Rusiyanın 1,65 milyard avroluq təzminatı ödəməyi rədd etməsindən sonra etdiyi müraciətlərdən sonra alınıb. Qarşı tərəf isə buna etiraz edəcəyini bildirir. Rusiya dövlət başçısının köməkçisi Andrey Belousov, həmçinin Kremlin sözçüsü Dmitri Peskov qərarın qanuni olmadığını bildirib. Bildirilib ki, qərara məhkəmə yolu ilə etiraz edəcəklər. musavat/

Google+ WhatsApp ok.ru