Hacı İbrahimin ofisinin qarşısında növbəti aksiya

Bu gün “Xəzər Adaları” layihəsinin tikintisində iştirak etmiş və əmək haqlarını aylardır ala bilməyən işçilər etiraz aksiyası keçirib.
 
Saat 10:00-dan etibarən “Xəzər Adaları” ərazisində yerləşən restoranın qarşısına toplaşmış 200-dək işçi Hacı İbrahim Nehrəmlidən əmək haqlarının ödənilməsini tələb ediblər.
 
Şirkətin keçmiş işçilərindən birinin “Marja”ya verdiyi məlumata görə, Hacı İbrahim işçilərin qarşısına çıxıb.
 
O, “Günortadan sonra Fevral-Mart ayı üzrə qalmış əməkhaqqı borcları ödəniləcəkdir” deyib.
 
“AvestaConsern”nin işçiləri May ayının ortalarına qədər işləyiblər. Bundan sonra layihədə tikinti işləri dayandırılıb və işçilərə işə gəlməmək tapşırığı verilib.
 
İşçilərin çoxu əmək müqaviləsi bağlanılmadan işlədildiklərini bildirirlər. İddialara görə, müəyyən bəhanələr edilərək işçilərin maaşları kəsilir. azadliq /

Google+ WhatsApp ok.ru