Avropa İttifaqının 9 ölkəsi hərbi güc qurmağa hazırlaşır

Avropa İttifaqının 9 ölkəsi hərbi güc qurmağa hazırlaşır

-- böhran dövründə sürətli bir şəkildə müdaxiləni asanlaşdıracaq hərbi qüvvə...

Avropa İttifaqının üzvü olan 9 ölkə, böhran dövründə sürətli bir şəkildə müdaxiləni asanlaşdıracaq bir hərbi qüvvə qurmaq üçün niyyət məktubu imzalayıb. 
 
Maide.Az "AA"-a istinadən xəbər verir ki, Lüksemburqda Aİ xarici işlər Şurası üçün bir araya gələn 9 ölkənin müdafiə nazirləri, "Avropa Müdaxilə Təşəbbüsü" olaraq adlandırılan və böhran vəziyyətlərində hərbi güclərin sürətli bir şəkildə hərəkətə keçirilməsini nəzərdə tutan müdafiə əməkdaşlıq layihəsi üçün niyyət məktubuna imza atıb. 
 
Fransanın liderliyiylə ortaya çıxan təşəbbüs Almaniya, Belçika, İngiltərə, Danimarka, Hollandiya, Estoniya, İspaniya və Portuqaliya da qatılıb. 
 
Qeyd etmək lazımdır ki, hazırda Aİ-dən ayrılmağı müzakirə edən Böyük Britaniya bu təşəbbüsə daxildir. Təşəbbüs İttifaqı tərk etdikdən sonra Britaniyaya üzv ölkələrlə biznes ittifaqını davam etdirməyə imkan verəcək.
 

Google+ WhatsApp ok.ru