Avropa İttifaqı vətəndaşları işləmək üçün daha çox digər üzv ölkələrə üz tuturlar

Avropa İttifaqı vətəndaşları işləmək üçün daha çox digər üzv ölkələrə üz tuturlar

Avropa İttifaqı (Aİ) vətəndaşları işləmək üçün getdikcə daha çox digər üzv ölkələrə üz tuturlar.
 
Maide.Az "azərtac"a istinadla xəbər verir ki, 2017-ci ildə 17 milyon Aİ vətəndaşı digər üzv ölkədə yaşayıb. Bu barədə məlumat Avropa Komissiyası tərəfindən Avropada işçi qüvvələrin sərbəst yerdəyişməsinin 50 illik yubileyi ilə bağlı yayılıb.
 
Məlumatda bildirilir ki, hər il bir milyon Aİ vətəndaşı yaşamaq və işləmək üçün digər üzv ölkələrə köçür, 680 min insan isə öz ölkəsinə qayıdır. 2017-ci ilin statistikasına görə, Aİ vətəndaşlarının 3,8 faizi vətəndaşı olduğu ölkədə deyil, ittifaqın digər ölkəsində daimi əsaslarla yaşayır. 2007-ci illə müqayisədə bu göstərici iki dəfə artıb.
 
Ən çox “mobil” vətəndaşa malik ölkələr siyahısında Almaniya (əhalinin 1 faizi), ittifaqı tərk etməkdə olan Böyük Britaniya (1,1 faiz), İsveç və Fransadır (hər biri 1,3 faiz). Maddi rifahın yüksək olduğu ölkələr, Şərqi Avropa ölkələrindən də yüksək sayda işçi qüvvəsi cəlb edirlər.
 
Avropa İttifaqı vətəndaşlarının digər üzv ölkədə sərbəst şəkildə yerləşmə və işləmə hüququnu təmin edən Aİ qanunu 1968-ci ilin oktyabr ayında qəbul olunub. Bu ilin əvvəlində aparılan sorğuda respondentlərin 82 faizi həmin qanunu ittifaqın tarixində böyük nailiyyət kimi qiymətləndirib.
 

Google+ WhatsApp ok.ru