Avropaya Aralıq dənizi ilə 222 mindən çox miqrant gəlib

Avropaya Aralıq dənizi ilə 222 mindən çox miqrant gəlib

İlin əvvəlindən Avropaya Aralıq dənizi vasitəsilə 222 mindən çox miqrant və qaçqın gəlib.

Trend RİA Novosti-yə istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Miqrasiya Təşkilatının məlumatında deyilir.

Bu müddət ərzində ən çox mühacir Yunanıstana gəlib - 158 159 nəfər. İtaliyaya isə 62 752 miqrant və qaçqın gəlib.

Avropaya gələrkən yol boyu ölən mühacirlərin sayı 2888 nəfəri keçib.

Miqrantların əksəriyyəti Suriya, Əfqanıstan, İraq, Pakistan və İran vətəndaşlarıdır.

Google+ WhatsApp ok.ru