Avstraliyada yeni məscid tikiləcək

Avstraliyada yeni məscid tikiləcək

Avstraliyanın şimal-qərbdə yerləşən Kvinslend əyalətində yeni məscid tikiləcək. 
 
Maide.Az “thechronicle” saytına istinadən xəbər veri rki,  Avstraliya Lockyer Valley İslami Mərkəzi elan edib ki, şəhər şurası yeni məscidin tikintisi üçün lazimi lisenziyanı  verib. 
 
Tikiləcək məsciddə dini ayinlərin icrası ilə yanaşı  həmdə  gənclər üçün dil kursları və digər kurslar təşkil olunacaq. 
 
Qeyd edək ki, Lockyer Valley Kvinslend əyalətinin cənub-şərqində yerləşir.  Lockyer Valley İslami Mərkəzi 2013-cü ildən fəaliyyət göstərir və hazırda 300 üzvi var. 
 
Kvinslend əyaləti Qərbi Avstraliyadan sonra ölkənin ən böyük ikinçi əyalətidir. Kvinslenddə əsasən turizm sahəsi inkişaf edib. 
 

Google+ WhatsApp ok.ru