Avstraliyada dini inanclara qarşı fobiya artmaqdadır

Avstraliya ədliyyə naziri Georq Brandis ölkədə fərqli dini inanclara qarşı fobiyaların təhlükəli həddə çatdığını bəyan edib.
 
Maidə.az xəbər verir ki, nazir Sidney şəhərində müxtəlif dini icmaların təmsilçiləri ilə görüşdə belə bir bəyanat səsləndirib.
 
G.Brandislə toplantıda ölkədəki müsəlman, yəhudi, indus, katolik, anqlikan, bəhai, rus ortodoks və buddistlərin nümayəndələri iştirak edib. Toplantının məqsədi etiqad azadlığına qarşı artan şiddətin qarşısını almaq üçün strategiyanın müəyyən edilməsi olub. 
 
Hazırda Avstraliya toplumunda  müslümanların "cahil" kimi  göstərmək istəyənləri hədəf aldığını vurğulayan nazir deyib: "İslam toplumunun üzvləri terroru Qurandan öyrəndiyini iddia edən cahillərin formalaşdırdığı şübhə və düşmənçiliyin qurbanı olurlar". /

Google+ WhatsApp ok.ru