İcra hakimiyyəti ev sökdü: sakinlərdən xəsarət alanlar var

Binəqədidə vətəndaşın evi icra hakimiyyəti tərəfindən sökülüb.

 

Ev sakinləri ilə icraçılar arasında gərginlik yaşanıb. Musavat.com xəbər verir ki, hadisə Binəqədi rayonu 31/26-cı məhəlləsində baş verib. Nəcəfov Ruslan Valeh oğluna məxsus ev sökülüb. Söküntü işləri rayon icra hakimiyyətinin nümayəndələri və polis əməkdaşlarının iştirakı ilə həyata keçirilib.

 

Evin sökülməsinə əsas olaraq tikilinin sənədlərinin olmaması göstərilib. Lakin ev sahibi deyilənlərlə razılaşmır. Ruslan Nəcəfov iddia edir ki, evin tikintisi üçün ondan 5 min rüşvət istəyiblər. Tələb olunan məbləği vermədiyi üçün ev sökülüb.

 

"Qonşuluqda bu qədər ev var. Necə oldu bir mənim evim qanunsuz oldu? Evi zorla sökdülər. Mənə və ailə üzvlərimə xəsarət yetirdilər"- deyə şikayətçi bildirib.

 

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq. musavat /

 

 

İcra hakimiyyəti ev sökdü: sakinlərdən xəsarət alanlar var

 

İcra hakimiyyəti ev sökdü: sakinlərdən xəsarət alanlar var

 

İcra hakimiyyəti ev sökdü: sakinlərdən xəsarət alanlar var

 

İcra hakimiyyəti ev sökdü: sakinlərdən xəsarət alanlar var

 

Google+ WhatsApp ok.ru