Avstraliyada islami geyim sənayesi inkişaf edir

Avstraliyada islami geyim sənayesi inkişaf edir

Avstraliyalı ifratçı senatorlar bu ölkədə hicabı qadağan etməyə çalışsalar da, islami geyim sənayesi üzrə fəaliyyət göstərən iş adamları Avstraliyada hicab geyim sənayesinin inkişaf etdiyini vurğulayır. 
 
Madie.Az xəbər verir ki, Avstraliyada islami və hicab geyimləri istehsalçı şirkətin “Hicab evi” şirkətinin direktoru Tariq Hoçer “Daily Mail”-a müsahibəsində deyib ki, siyasətçilərin hicaba qarşı mənfi təbliğatına baxmayaraq Avstraliyada hicab geyimləri bazarı hər gün inkişaf etməkdədir. 
 
T. Hoçer deyir ki, Avstraliyalı siyasətçilər nifrət hissi yaratmaqla məşğuldur. “Biz  iş yeri açırıq, istehsal edirik və yerli işçiləri işlə təmin edirik. Biz Avstraliyanın ixracat həcmini artırırıq. Avstraliya bizim gördüyümüz işlə fəxr etməlidir. Lakin bəzi siyasətçilər cahillik edir və hicaba qarşı mənfi təbliğat aparır”. 
 
“Hicab evi” şirkətinin direktoru deyib ki, şirkət ildə 5 milyon dollar dəyərində hicab geyimləri ixrac edir. “Bizim istehsal etdiyimiz hicab geyimləri Amerika, Sinqapur, Kanada və Britaniyaya ixrac olunur”. 

Google+ WhatsApp ok.ru