Avstriyadakı Corc Floyd mitinqində Avropada artan irqçiliyə etiraz olundu- FOTO 05 İyun 2020 16:54 Dünya ABŞ-da afroamerikalı Corc Floydun polis zorakılığı nəticəsində öldürülməsinə Avstriyanın paytaxtı Vyanada da etiraz edilib. Maide.Az "deyerler.org"a istinadla xəbər verir ki, İnsan Hüquqları meydanında toplaşan təxminən 5 min insan “Nəfəs ala bilmirəm”, “İrqçilik öldürür”, “Zorakılığa yox, tolerantlığa hə”, “Avstriyada irqçilik problemi var”, “İrqçilik və polis zorakılığına qarşı birlikdə mübarizə” yazılmış plakatlar açılıb. Etirazçılar daha sonra şəhərin ən işlək küçələrindən birində nəqliyyatın hərəkətini dayandırıblar və Karls meydanına yürüş ediblər. Meydanda edilən çıxışlarda Avropada, xüsusən də ABŞ-da artan irqçiliyə etiraz edilib. Polis zorakılığından danışan natiqlər, Qərbdəki azlıqların gündəlik həyatının bir hissəsinə çevrilən irqçiliyə qarşı daha təsirli mübarizə aparılmasını tələb ediblər. Teqlər : #Avstriyadakı,#Corc,#Floyd,#mitinqində,#Avropada,#artan,#irqçiliyə,#etiraz,#olundu,#FOTO, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru ABŞ-da 10 mindən çox insan aksiyalarda saxlanıldı və yaralandı ABŞ-da etirazlarla əlaqədar 33 ştata Milli Qvardiyanın 41,5 min hərbçisi cəlb edilib
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO