Avstriyada son bir ay ərzində müsəlmanlara qarşı dözümsüzlük artıb

Hücumlar nəticəsində 3 məscidə və 1 mədrəsəyə ziyan dəyib

Avstriyada son bir ay ərzində müsəlmanlara qarşı islamafob hərəkətlərin artmasının ardından ölkənin bir sıra ictimai təşkilat və xadimləri  "İctimai asayişə çağırış" və "Müsəlmanlara qarşı isteriya haqqında açıq məktub" adlı bəyanat qəbul ediblər.

Maide.az-ın Beynəlxalq KİV-lərə istinadən məlumatına görə, bəyanatı Avstriyalı alimlər, yazıçılar,parlament üzvləri, jurnalistlər və Avstriya qeyri-hökumət təşkilatlarının üzvləri imzalayıb.

Bəyanatda deyilir: Dini qruplara qarşı qorxu yaradılması bütün insanala ziyan verir. Biz bütün avstriya xalqının dincliyi naminə sülhə çağırırıq." 

Qeyd edək ki, eləcə də Avstriyada müsəlmanlara qarşı olunan hücumları qınayan, müxtəlif dinlərə mənsub minlərlə insanın məktubları internetdə dərc olunub. Ötən ay Vyanada 3 hicablı müsəlman qadın, 3 məscid və tikilməkdə olan 1 mədrəsə hücuma məruz qalıb. //

 

Google+ WhatsApp ok.ru