Avstriyada yük maşınında 50 mühacirin cəsədi tapılıb

Avstriyaya sığınan mühacirlər kütləvi şəkildə ölüb.
Maide.az xəbər verir ki, Almaniya kansleri Angela Merkelin Balkan ölkələri ilə Vyanada məcburi köçkün probleminin həlli barədə görüşmələrini davam etdirdiyi bir zamanda böyük bir faciə yaşanıb.
Belə ki, bir yol kənarında yük maşının arxasında 50 mühacirin cansız bədənləri tapılıb.
İlkin məlumata görə, onlar havasızlıqdan boğularaq ölüblər. Lakin, hadisənin dəqiq səbəbləri araşdırılır.//

Google+ WhatsApp ok.ru