NATO rəhbəri Tbilisidədir

NATO-nun baş katibi Jens Stoltenberg avqustun 26-da Gürcüstana iki günlük səfərə gəlib.
 
O, Gürcüstan prezidenti Giorgi Margvelashvili ilə görüşüb. Avqustun 27-də isə baş nazir Irakli Garibashvili, parlament üzvləri ilə görüşəcək.
 
Stoltenberg avqustun 27-də Tbilisi yaxınlığında Krtsanisi hərbi bazasında NATO-Gürcüstan birgə təlim mərkəzinin açılışında iştirak edəcək.
 
Gürcüstanın Xarici İşlər naziri Tamar Beruchashvili deyib ki, bu səfər alyansın Gürcüstana xüsusi dəstəyini göstərir.
 
“Bu səfər son illər intensiv şəkildə aparılan yüksək səviyyəli siyasi dialoqu davam etdirir,” nazir deyib.
 
Stoltenberg-i NATO-nun Qafqaz və Orta Asiya üzrə xüsusi nümayəndəsi James Appathurai müşayiət edir. /

Google+ WhatsApp ok.ru