Avtobusa silahlı hücum: 31 nəfər qətlə yetirildi

Avtobusa silahlı hücum: 31 nəfər qətlə yetirildi

Madaqaskarın cənub-qərbində naməlum şəxslər marşrut avtobusuna hücum edərək 31 nəfəri qətlə yetiriblər.
 
Maide.Az report-a istinadən bildirir ki, insident iyunun 21-də baş verib.
Avtobusun salonunda 32 sərnişin olub, yalnız onlardan biri sağ qalıb, lakin ağır yaralanıb. Ölənlərdən 10 nəfəri uşaqdır.
Hücum edənlərin sayı təqribən 20 nəfər olub. Onlar öz qurbanlarını qarət edərək üzərilərindən ümumilikdə təqribən 2 min dollar pul götürüblər.
Hadisəni törədənlər bir neçə dəqiqə əvvəl hərbi avtomobilə də hücum ediblər.
 

Google+ WhatsApp ok.ru