Avtobus kartlarının istifadəsinin dəqiq vaxtı - Video

Azərbaycanda gələn ilin martından etibarən avtobuslarda ödəniş yalnız kartlarla həyata keçiriləcək. Bunu Nəqliyyat Nazirliyi katibliyinin müdiri Namiq Həsənov “Hesab vaxtına” eksklüziv açıqlamasında deyib.

“Elektron ödənişə keçib, nəğd ödənişi tamamilə aradan qaldırmaq istəyirik. Bununla bağlı konkret təkliflərimiz var. Avtobusların çoxunda artıq bu validatorlar quraşdırılıb. Hədəfimiz odur ki, martın 1-dən ödənişləri yalnız kart sistemi ilə həyata keçirək. Çünki şəhərə minlərlə qonaqlar gələcək. Gələn qonaqlar rahatlıqla bu kartlardan istifadə etsinlər”.

O həmçinin Avropa Oyunları ərəfəsində Bakıya gətirilən yeni avtobuslara da həmin validatorlardan qurlaşdırılacağını deyib.  anspress/

Google+ WhatsApp ok.ru