Avtobusların bazara girişi qadağan edildi -VIDEO

Avtobusların bazara girişi qadağan edildi -VIDEO

Digər rayonlardan Mingəçevirə gələn insanlar, həmişə son dayanacaq olaraq bazarın yanında enirdi. İndi isə kənardan gələn marşrut avtobuslarına Mingəçevir bazarlarına giriş qadağan edilib. Buda şəhər bazarına mal gətirib satan sakinlərin narazılığına səbəb olub.
 
Ətraf rayonlardan və yaxın kəndlərdən Mingəçevirə gələn avtobusların hərəkət istiqamətində dəyişiklik edilib. Əvvəllər şəhərə girən sürücülər Mingəçevir bazarından son dayanacaq kimi istidafə edirdisə indi həmin avtobuslar yalnız Avtovağzala girə bilər.Bu da şəhər bazarına mal gətirib satan sakinlərin narazılığına səbəb olub. Sərnişinlər bu vəziyyətdə əlavə xərc çəkdiklərini bildiriblər.
 
Bu dəyişiklik Sürücüləri də qane etmir. Onlar deyirlər ki, bazara buraxılmadıqlarına görə sərnişin yığa bilmirlər. Artıq bir həftədir ki, avtobuslar yeni qaydalara uyğun işləyir.
 
Mingəçevir Şəhər İcra Hakimiyyətindən də dəyişikliyə səbəb kimi avtobusların bazar ətrafında sıxlıq yaratması və digər avtomobillərə maneçilik törətməsi göstərilir.
 

Google+ WhatsApp ok.ru