Kişilərin sayı sürətlə artır - Bakıda

Kişilərin sayı sürətlə artır - Bakıda

Bakı şəhəri əhalisinin 1094,4 min nəfəri kişi, 1109,8 nəfəri isə qadındır.
 
Maide.Az Report-a istinadən xəbər verir ki, Binəqədi rayonunda 257,9 min qeydiyyatda olan əhali yaşayır ki, onlardan 129,4 mini kişi, 128,5 min nəfəri qadındır.
 
Kişilərin sayının çox olduğu digər rayon Xəzər rayonudur. Rayonun 160,4 min nəfər əhalisindən 81,8 min nəfəri kişi, 78,6 min nəfəri qadındır. Qaradağ əhalisinin 60,2 min nəfəri kişi, 58,3 mini qadınlardır. Pirallahı rayonunda əhalinin 10,1 min nəfəri kişi, 9,8 min nəfəri qadındır.
 
Qadınların sayının çox olduğu rayonların siyahısına isə Yasamal rayonu liderlik edir. Ümumiyyətlə, Yasamal (118,2 min kişi, 125,4 min qadın), Suraxanı (104,5 kişi, 107,8 min qadın), Xətai (134,7 min kişi, 136 mini qadın), Səbail (48 min kişi, 52,1 min qadın), Nizami (95,9 min kişi, 97,9 min qadın), Nəsimi (107,9 kişi, 109,5 qadın), Nərimanov (85,4 min kişi, 87,7 min qadın) rayonlarında qadın əhalinin sayı kişiləri üstələyir.
 
Sabunçu rayonunda isə qadın və kişi əhalinin say nisbəti təxminən (118,3 min kişi, 118,2 min qadın) eynidir.

Google+ WhatsApp ok.ru