Avtobus sürücüsü 10 il müddətinə azadlıqdan məhrum edilib

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində ölümlə nəticələnən yol qəzası törətməkdə təqsirləndirilən Elçin Kazımovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
 
Hökmə əsasən, E. Kazımov 10 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
 
Qeyd edək ki, ötən il avqustun 14-də Sabunçu rayonu Sabunçu qəsəbəsinin ərazisində Bakı şəhər sakini Elçin Kazımov idarə etdiyi “İsuzu” markalı avtobusu yolun kənarındakı dəmir hasara vurub. 
E. Kazımovun sərnişinlərindən - Saatlı rayon sakini Haqverdi Kərimov və Laçın rayon sakini İlqar İmanov hadisə yerində ölüb, digər 6 sərnişinə xəstəxanada ilkin tibbi yardım göstərilib. 

Google+ WhatsApp ok.ru