Avtomobil dayanacaqlarında konktaktsız ödəniş olacaq

Gələn ayın sonuna qədər Bakıda bələdiyyələrə məxsus avtomobil dayanacaqlarında kontaktsız ödəniş üsulundan istifadə olunacaq. Fins.az xəbər verir ki, artıq layihənin reallaşdırılması üzrə razılıq əldə olunub. Özəl dayanacaqlarda da yeni ödəniş üsulundan istifadə edilməsi üçün danışıqlar aparılır.
Kontaktsız ödəniş dayanacaqlarda, Bakı Metropolitenində və poçt şöbələrində satılacaq xüsusi stikerlər vasitəsilə həyata keçiriləcək. Stikerin dəyəri 50 qəpik olacaq. Lakin ilkin sınaq dövründə onlar pulsuz paylanılacaq. Stikerin balansını mobil telefondakı elektron balans hesabına artırmaq mümkün olacaq. Trend /
 

Google+ WhatsApp ok.ru