Sərhəddən pulsuz nə keçirmək olar?-VİDEO

Bəzi vətəndaşlar sərhəddən keçirilən malların limitindən və məbləğindən xəbərsizdir. Belə ki, fiziki şəxslərin xarici ölkədən mal gətirmə prosesi Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun tənzimlənir. Qaydalara əsasən, elə mallar var ki, yanlız 4 aydan bir rüsumsuz gömrükdən keçirmək olar.
 
Bəzi məhsullar ayda bir dəfə, bəziləri isə bir neçə aydan bir dövlət sərhədindən rüsumsuz keçirilə bilər. Dövlət Gömrük Komitəsi fiziki şəxlərin sərhəddən keçirə biləcəyi malların limitini və vaxtını dəqiqləşdirib.
 
Belə ki, Nazirlər Kabinetinin müvafiq qaydalarına uyğun olaraq, fiziki şəxs 1500 dollar məbləğində ölkəyə mal gətirə bilər.. Əks təqdirdə həmin şəxs vergi və rüsuma cəlb edilə bilər.. Eyni zamanda məişət və elektirk əşyaları, telefonlar ölkəyə ayda bir dəfə və 1 ədəd gətirmək olar. Əgər 2 ədəd mal sərhəddən keçirilibsə, növbəti dəfə 1 aydan sonra bu prosesi həyata keçirmək mümkündür
 
Qaydalara əsasən fiziki şəxs 4 aydan bir şəxsi istifadəsi üçün mebel dəsti gətirə bilər.. Ancaq bu vaxt dilimində həmin şəxs yenidən mebel gətirərsə, rüsum ödəməli olacaq. Mütəxəssislərə görə isə xüsusən də bu işin biznesi ilə məşğul olanlara sərf edəcək
 
Limit ərzaq məhsullarına da şamil olunub. Hər bir şəxs özü ilə ümumi çəkisi 10 kiloqram həcmində ərzaq məhsulu gətirə bilər. Lakin bu limit ailənin bütün üzvünə tətbiq ediləcək./
 

Google+ WhatsApp ok.ru