Avtomobili üçün bu nömrəyə 5 milyon dollar saydı

Avtomobili üçün bu nömrəyə 5 milyon dollar saydı

Birləşmiş Ərəb Əmirliklərində iş adamı Arif Əhməd Əl-Zaruni, avtomobili üçün 5 milyon dollara (18 milyon dirhəm) nadir nömrə nişanı alıb.
Maide.Az xəbər verir ki, "1" markalı nömrə Abu-Dabi yol polisinin keçirdiyi hərracda satılıb. Arif Əhməd Əl-Zaruni bildirib ki, bu nömrəni satmaq fikrim yoxdur, öz avtomobilimə quraşdıracam.
 
Hərracda bir sıra qeyri-adi nömrələr satışa çıxarılıb. "50", "100", "333", "777", "1000", "2016", "2020", "99999", "12", "22" nişanlı nömrələrdə hərracda olub.
Bütün bu nömrələr hamsı satılıb. Ümumi satışdan əldə olunan məbləğ 13,6 milyon dollar təşkil edib.
 

 

Google+ WhatsApp ok.ru