Avtomobil krediti şərtləri dəyişməyəcək (VİDEO)

Xaricdən ölkəmizə minik maşınlarının idxalı kəskin azalıb. 
 
ANS TV-nin məlumatına görə, bu ilin 10 ayında xaricdən 47 min 379 ədəd minik maşını gətirilib ki, bu ötən ilin eyni dövrü ilə müqayisədə 38,4% azdır. Halbuki bundan əvvəlki 2 ildə avtomobil idxalı yalnız artan xətlə gedirdi. Azalmaya hökumətin “Avro-4” standartını tətbiq edərək ölkəyə köhnə maşınların gətirilməsini qadağan etməsi, eyni zamanda avtomobil kreditlərini sərtləşdirməsi səbəb olub. Hadisələri qabaqlayaraq azalmanın davam edəcəyini demək olar. Çünki Mərkəzi Bank avtokreditlərlə bağlı qərarını dəyişmək fikrində deyil.
 
Mərkəzi Bankın Baş direktoru Rəşad Orucov hal-hazırda bu tələblərin dəyişdirlməsi ilə əlaqədar hansısa bir məsələni nəzərdən keçirtmədiklərini dedi. Onun sözlərinə görə, bazar yeni tələblərə uyğunlaşaraq öz fəaliyyətini davam etdirir.  /
 

Google+ WhatsApp ok.ru