AZAL-Türk Hava Yolları arasında qalmaqal

“Verilən qərar birtərəflidir. Bizim uçuşları azaltmaq planımız yox idi. “Türk Hava Yolları” olaraq bu qərara görə işimizi davam etdiririk”.
 
Bu sözləri Axar.az-a “Türk Hava Yolları”nın Bakı ofisindən uçuşların sayının azaldılmasına münasibət bildirərkən dedilər.
 
Məlumatda bildirilir ki, uçuşların sayının azaldılması "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) qərarı ilə reallaşıb.
 
Xatırladaq ki, dünən AZAL-ın mətbuat xidmətinin rəhbəri Məhərrəm Səfərli "Türk Hava Yolları" aviaşirkətinin İstanbuldan Naxçıvan və Gəncə şəhərlərinə uçuşların sayının azaldıldığını demişdi.
 
M.Səfərli sözügedən bölgələrə uçuşlarının azaldılmasının səbəbini açıqlamasa da, iki şirkət arasında narazılığın olduğu deyilir /

Google+ WhatsApp ok.ru