Avtoqəzalarda 32 nəfər ölüb

Yanvarın 1-dən aprelin 5-dək Bakı şəhərində baş verən 172 yol-nəqliyyat hadisəsində 32 nəfər ölüb. 206 nəfər isə müxtəlif dərəcəli xəsarətlər alıb. Bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin ictimaiyyətlə əlaqələr bölməsinin rəisi Vaqif Əsədov bildirib.
 
Onun APA-ya dediyinə görə, ötən ilin müvafiq dövri ilə müqayisədə həm hadisələrin, həm də ölüm hallarının sayı azalıb.
 
“Bu yol polisi əməkdaşlarının həyata keçirdikləri məqsədli tədbirlərin nəticəsidir. Hadisələrin 47 faizi sürət həddinin aşılması, 50 faizi isə piyadaların avtomobillərlə vurulmasıdır. Təhlükəsizliyin təmin edilməsi üçün yol polisi əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində 262379 ədəd inzibati protokol tərtib edilib. Bu protokolların 4450-si sərxoş vəziyyətdə avtomobil idarə edən, 1679-u sürət həddini aşan, 1251-i sərnişin daşıma qaydalarının pozan, 42 mindən çoxu isə ötmə -manevir etmə qaydalarını pozan sürücülərə qarşı tutulub. Bu dövr ərzində 33738 piyada cərimələnib” - deyə V.Əsədov bildirib. /
 

Google+ WhatsApp ok.ru