Avtovağzalda sərnişn sıxlığı müşahidə olunur

Hər il olduğu kimi bu il də istirahət günlərində nəqliyyat sistemində müəyyən sıxlıqlar müşahidə olunur. Bakı Beynəlxalq Avtovağzal Kompleksində də sərnişinlərin sıxlığı müşahidə olunur. Hətta bəzi sərnişinlər avtobusların azlığından da şükayət edirlər.
 
Mövzu ilə bağlı Deyerler.org-a məlumat verən dispetçer Rasim Əliyev bildirib ki, avtovağzalda müşahidə olunan sıxlıq artıq 1 həftədir davam edir: “Əsasən səhər 09:00-10:00 saatlarında daha çox sərnişin müşahidə olunur. Amma günorta saatlarına kimi sıxlıq aradan qaldırılır. Böyük avtobuslar, mikroavtobuslar mütəmadi olaraq sərnişinlərin xidmətində dayanır. Əlavə avtobuslar da cəlb olunur ki, insanlar istədikləri rayonlara rahat şəkildə çatsınlar. Sıxlıq əsasən istirahət zonalarına gedən avtobuslar ətrafında olur. Quba-Xaçmaz, cənub rayonları, Zaqatala-Qəbələ və bu kimi istirahət yerləri çox olan rayonlara xüsusi sıxlıq müşahidə olunur. Amma Gəncə-Qazax, Mingəçevir, Şiravan zonalarına heç bir narahatlıq yaranmır. Sürücülərin özünün qiymət artımlarına cəhd etməsi ümumiyyətlə mümkün deyil. Çünki kassa sistemi tətbiq edilir və 10 gün öncədən biletlər satılır. Ola bilər ki, xətlərə əlavə olaraq cəlb edilən avtobuslarda qiymətlər fərqlənsin. Amma biz əsas xəttlərdə qiymət artımına yol vermirik”./

 

Avtovağzalda sərnişn sıxlığı müşahidə olunur

 

Avtovağzalda sərnişn sıxlığı müşahidə olunur

 

Avtovağzalda sərnişn sıxlığı müşahidə olunur

 

Avtovağzalda sərnişn sıxlığı müşahidə olunur

 

Avtovağzalda sərnişn sıxlığı müşahidə olunur

 

Avtovağzalda sərnişn sıxlığı müşahidə olunur

 

Avtovağzalda sərnişn sıxlığı müşahidə olunur

 

Google+ WhatsApp ok.ru