Qaraçuxurda 4 maşın yandırıldı

İyunun 5-də Bakının Qaraçuxur qəsəbəsində 4 avtomobil yandırılıb. Sakinlərdən biri Azadliq Radiosuna bildirib ki, hadisə səhər saatlarında baş verib. Polisə şikayət ediblər. Amma hələlik polisdən rəsmi məlumat yoxdur.
 
Suraxanı rayonunda belə hadisələr əvvəllər də qeydə alınıb. Yanğınların hansı məqsədlə və kimlər tərəfindən törədildiyi hələlik məlum deyil.
 
Ötən il noyabrın 26-da gecə Qaraçuxur məscidi də yandırılmışdı. /

Google+ WhatsApp ok.ru