Şaxtalı hava davam edəcək

Fevralın 9-da Bakıda və rayonlarda soyuq hava şəraiti davam edəcək.
 
Maide.az xəbər verir ki. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti xəbər verir ki, Bakıda hava şəraiti dəyişkən buludlu olacaq, arabir tutulacaq, gün ərzində əsasən yağmursuz keçəcək.
 
Gecə 0-2 dərəcə şaxta, gündüz isə 4-8 dərəcə isti olacağı proqnozlaşdırılır.
 
Rayonlarda hava şəraiti yağıntılı olacaq, gecə bəzi yerlərdə sulu qar, qar yağacaq. Havanın temperaturu gecə 0-5 dərəcə şaxta, gündüz 3-8 dərəcə isti olacaq. Dağlarda gecə 7-12, yüksək dağlıq ərazilərdə isə 13-18 dərəcə şaxta, gündüz 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti gözlənilir. /
 

Xəbərlərimizi Maide.az-ın facebook səhifəsində də izləyə bilərsiniz.

Google+ WhatsApp ok.ru