Ayətullah Məkarim Şirazi Səudiyyə Ərəbistanı rejiminə sərt xəbərdarlıq etdi 01 İyul 2014 01:00 Dünya Maide.az-ın məlumatına görə, dünya müsəlmanlarının mərceyi-təqlidi Ayətullah Məkarim Şirazi Səudiyyə Ərəbistanında şiələrə olunan təzyiqlərlə bağlı sərt bəyanat yayıb. Bəyanatda bildirilir: "Səud rejimin muzdurları Əhsa və Qətif bölgələrində yaşayan şiələrə qarşı vəhşicəsinə davranırlar. Onların alimləri dini mərasimləri yerinə yetirdiklərinə görə həbs olunurlar. Bundan da dəhşətlisi odur ki, məntəqənin tanınmış alimi Şeyx Nəmrin edam ediləcəyi bildirilir. Mən Səudiyyə Ərəbistan hakimiyyətinə xəbərdarlıq edirəm. Sizin bu sərt addımlarınız bütün Əhli-beyt sevərlərin hisslərinə toxunur və bunun yaxşı nəticələri olmaya bilər. Səudiyyə rəsmiləri bu cür təzyiqlərdənsə, onların problemlərini həll etsinlər. Onlar öz tapdalanmış hüquqlarının bərpasını istəyirlər, dini mərasimlərin azad şəkildə keçirilməsini tələb edirlər və öz ölkələrini sevirlər. Hansı ağıl və məntiqlə bu cür istəyi olan vətəndaşlarla kobud davranırsınız? Biz təəccüb edirik, beynəlxalq insan haqları təşkilatları nə üçün belə məqamlarda zülm edən hakimiyyətlərin yanında olub, susurlar. Amma onların maraq dairəsində olan ölkələrdə bir şey baş verəndə dünyaya səs salırlar. Hər halda yenə də təkrar edirəm, məntəqənin böyük alimi Şeyx Nəmr barədə ölüm hökmü vermək elə bir şey deyil ki, şiə mərcəiyyəti və Əhli-beyt məktəbinin davamçıları buna səbr etsinlər." Teqlər : #Ayətullah Məkarim Şirazi Səudiyyə Ərəbistanı rejiminə sərt xəbərdarlıq etdi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru Kameron Avropa İttifaq məsələsini referenduma çıxaracağına söz verib Fələstində növbəti qətliamın anonsunu Netanyahu verdi
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO