Ayətullah Nəmrin edam qərarı ləğv ediləcək

İraq prezidenti Fuad Məsum ilk xaric səfərini Ərəbistana edib. Ərəbistan səfərindən öncə Nəcəfə, Ayətullah Sistaninin yanına gedərək ziyarətiylə əlaqədar məlumatlar verib. Ayətullah Sistaninin tövsiyələrini də dinləyən Məsumun Ərəbistandan əlidolu döndüyü deyilir.
 
Maide.az xəbər verir ki, 10 ildir iki ölkənin diplomatik əlaqələri ən aşağı səviyyədədir. Son görüşdə Kral Abdullahın Ayətullah Sistaninin İraqın bütün seqmentlərini əhatə edən mövqeyinə müsbət münasibət göstərdiyi və Kralın Ayətullah Nəmrin edam qərarına diqqət edəcəyi sözü verdiyi deyilir.
 
Ərəbistan xarici işlər naziri Səud əl-Faysəl isə çox yaxında Bağdadda Ərəbistan səfirliyini açacaqlarını açıqlayıb.

Google+ WhatsApp ok.ru