Ayətullah Qulpayiqani: İŞİD terror qrupu qarşısında BMT özünün əsas vəzifəsinə əməl etməlidir

Dünya xalqları terrorçu, təhlükəli və insanlıq şənindən uzaq olan bir qrup olan İŞİD qarşısında möhkəm mövqe tutmalıdırlar. Bunu  ayətullah Lütfullah Safi-Qulpayiqani Qum şəhərində BMT baş katibinin İraq məsələləri üzrə xüsusi nümayəndəsi Nikolay Mladenov ilə görüşündə deyib:

Maide.az-ın İran KİV-lərinə istinadən məlumatına görə, ayətullah Qulpayiqani deyib ki, İŞİD qrupu tərəfindən törədilmiş fitnə nəinki İraq, həm də bütün dünya ölkələri və xalqları üçün təhlükəlidir və bu vəziyyətin davam etməsi bütün dünya üçün təhlükədir.

Ayətullah Safi Qulpayiqani BMT nümayəndəsinə xitab edərək deyib ki, siz BMT baş katibinin nümayəndəsi kimi bu təşkilatın üzvlərindən istəyin ki, malik olduqları mövqelərdə son dərəcə aydın və aşkar surətdə hamını İŞİD-in fitnəsindən agah etsinlər və hamıya desinlər ki, bu təhlükə bütün dünya xalqları üçündür və onunla mübarizə etməli və onların şərrini dünya xalqlarının başı üzərindən götürməlidirlər və bu sahədə BMT özünün əsas vəzifəsinə əməl etməlidir.
Ayətullah Safi-Qulpayiqani sonda bu tapşırığı yerinə yetirməsində Mladenova uğur diləyərək, təkfirçi və terrorçu qrupların zülmlərinin aradan götürülməsi üçün dua edib. /

 

Google+ WhatsApp ok.ru