Ayətullah Garehi: `İmam Mehdinin (əc) naibi İmam Xameneyidir`

Tehran İmam Mehdi (əc) Mədrəsəsi Himayədarlar Nümayəndə Heyətinin rəhbəri Ayətullah Ruhullah Garehi İmam Hüseynin (ə) Ərbəin mərasiminə yaxınlaşdığımız bu günlərdə, "İnqilab Mühafizəçiləri Aşura Birliyi" üçün etdiyi əxlaq nitqində çox mühüm məqamlara toxunaraq belə deyib: "Mehdiyyət nizamının əsl banisi İmam Mehdidir (əc). Kim bunun əksini iddia edərsə, demək İslam İnqilabının mənəvi dəstəyini görməməzliyə vurmaq istəyir".
 
Maide.az xəbər verir ki, Ayətullah Garehi nitqinə belə davam edib: "Hər kim Məhdəvi nizamının qurucusunun Həzrət İmamdan (əc) başqaları tərəfindən olduğu düşüncəsindədirsə, iddiasının demokratik olduğunu söyləyərək, Məhdəvi nizamın ilahi, vilayi, dini rəng və imicini yox etmək niyyətindədirlər. Bax bu, başqa tərəfə meyllənmə və yolundan azmanın başlanğıcı və cəmiyyəti aldatma düşüncəsi olacaqdır".
 
Ayətullah Garehi, İmam Mehdinin (əc) imamət dövründə yaşamağın böyük şərəf olduğunu bildirərək, sözlərinə belə davam edib: "Bu dövrdə yaşamağımız Allahın bizə bəxş etdiyi bir nemətdir, çünki İmam Mehdiyə (əc) layiq bir əsgər olmaq və onun yanında qəhrəmanlıqlar nümayiş etdirmək üçün var gücümüzlə çalışmalıyıq. Əlbəttə ki, axır zamanda gələcək o böyük xilaskarın gəlməsi üçün lazımi infrastrukturu yaratmaq hamımızın borcudur. Bəziləri İmam Mehdinin (əc) zühurunun intizarından dəm vurur, ancaq onun naibini nəzərə almırlar. Əgər bu yolda inkişaf edib irəliləmək istəyiriksə, İmam Mehdinin (əc) haq naibi olan İmam Xameneinin hüzurunda ona qarşı ədəbli və itaətkar olmalıyıq, əks təqdirdə, hər şeyimizi itirərik."

Google+ WhatsApp ok.ru