Kərbəlaya gedən Masallı sakini belə dəfn edildi-Foto

Xəbər verdiyimiz kimi dekabr ayının 9 da gecə saatlarında İmam Hüseyn (ə)-ın Ərbəin günü ilə əlaqədar Kərbəla şəhərinə yollanan zəvvarlardan Masallı sakini dünyasını dəyişmişdi.

Masallı rayon Boradigah qəsəbə sakini, 1943-cü il təvəllüdlü İsmayılova (Nığa) Mirxanım Bağır qızı ötən gün İraqın Nəcəf şəhərində, öz həmvətənliləri tərəfindən böyük bir izdihamla dəfn edilib.

Yaxınlarından aldığımız məlumata görə, mərhum M. İsmayılova Kərbəla ziyarətinə yollanmamışdan öncə ailə üzvlərinə bildirib ki,"məni ora (Kərbəlaya) çağırırlar.Mən getməliyəm ziyarətə...."

Beləliklə mərhum sənədlərini hazır edərək yollanıb Kərbəla şəhərinə İmam Hüseyn (ə)-ın ziyarətinə.

Xatırladaq ki, İsmayılova Mirxanım Bağır qızı Seyyid nəslindəndir.

Qeyd edək ki, İmam Hüseyn (ə)-ın Ərbəin günü ilə əlaqədar Kərbəla şəhərinə yollanan zəvvarlardan olan Masallı rayon Boradigah qəsəbə sakini, 1943-cü il təvəllüdlü İsmayılova (Nığa) Mirxanım Bağır qızı İraqın Nəcəf şəhərində ürək tutmasından dünyasını dəyişib.

Allah rəhmət eləsin!

Kərbəlaya gedən Masallı sakini belə dəfn edildi-Foto
Kərbəlaya gedən Masallı sakini belə dəfn edildi-Foto
Kərbəlaya gedən Masallı sakini belə dəfn edildi-Foto
Kərbəlaya gedən Masallı sakini belə dəfn edildi-Foto
Kərbəlaya gedən Masallı sakini belə dəfn edildi-Foto
Kərbəlaya gedən Masallı sakini belə dəfn edildi-Foto
Kərbəlaya gedən Masallı sakini belə dəfn edildi-Foto
Kərbəlaya gedən Masallı sakini belə dəfn edildi-Foto
 

Google+ WhatsApp ok.ru