Ayətullah Xameneidən nüvə müzakirəsi komandasına ABŞ hiylələri haqqında xəbərdarlıq-FOTO

Ali Lider Ayətullah Xamenei bu gü səhər ölkənin Xubrəqan Məclisinin sədri və üzvləri ilə görüşüb. 
Maide.az xəbər verir ki, görüşdə Ali Lider Ayətullah Xamenei ABŞ-ın hiylələri qarşısında diqqətli olmağın zəruriliyini vurğulayıb. “ Amerikalılar həmişə müzakirələrin yekunlaşdırılması üçün təyin olunmuş möhlətin başa çatması ərəfəsində öz danışıq tonlarını yüksəldir, daha kəskin və kobud hərəkətlər edirlər ki, öz istəklərinə nail olsunlar. Buna görə də, bu hiyləgərlik qarşısında ayıq olmaq lazımdır.”
Ayətullah Xamanei Qərb ölkələri ilə müzakirə məqsədi ilə ölkə prezidenti tərəfindən seçilmiş komandanın üzvlərini yaxşı, etibarlı, məqbul və ürəyiyanan insanlar olduqlarını vurğulayıb və bildirib ki, bu yaxşı qardaşlarımızın varlığına rəğmən, mən nigaranam. Çünki, qarşı tərəf hiyləgər və fırıldaqçdır. Arxadan zərbə vurmaq onların adətidir. 
Ayətullah Xamenei "güclü insan hiyləgərliyə ehtiyacı yoxdur" deyimini yanlış bir deyim adlandırıb və bildirib ki, bəziləri elə təsəvvür edir ki, Amerika malik olduğu siyasi, iqtisadi və hərbi qüdrət ilə hiyləgərliyə və fırıldaqçılığa ehtiyacı yoxdur, amma bu təsəvvürün əksinə olaraq, amerikalılar hiyləgərliyə və fırıldaqçılığa çox ehtiyaclıdırlar. Elə indi də bu cür rəftar edirlər və bu reallıq bizi nigaran edir.
Ayətullah Xamenei son həftələr və günlər ərzində amerikalılar tərəfindən səsləndirilən gülünc və iyrənc fikirlərə də toxunub. “Bir sionist  təlxək orada bəzi sözlər dedi və ABŞ rəsmiləri öz yaxalarını kənara çəkmək üçün bir sıra fikirlər səsləndirdilər və İranı terrorizmi dəstəkləməkdə ittiham etdilər ki, doğrudan da gülünc sözdür.” 
Ayətullah Xamenei bildirib ki,  Amerikalılar və onların regiondakı müttəfiqləri ən mənfur və xəbis terrorçuları yəni, İŞİD-i və onun kimi digər terror qruplaşmalarını formalaşdırıblar və hələ də onları dəstəkləyirlər və belə olduğu halda İran xalqına və İslam quruluşuna nisbət verməyə çalışırlar.
Ali Lider Ayətullah Xamenei  bildirib ki, ABŞ rəsmi şəkildə terror aktları törətməsini etiraf edən cinayətkar bir rejimi ən eybəcər formada dəstəkləyir və eyni zamanda İran İslam Respublikasını ittiham edir. 
Ayətullah Xamenei amerikalı senatorların son məktubunu Amerika quruluşunda siyasi əxlaqın süqut etməsinin nişanələrindən biri kimi adlandırıb. “Bütün dünya ölkələri qəbul olunmuş beynəlxalq qanun və qaydalar çərçivəsində hakimiyyətin dəyişməsindən sonra da öz öhdəliklərinə sadiq qalırlar. Amma, amerikalı senatorlar rəsmən elan edirlər ki, əgər hakimiyyət dəyişərsə, hazırkı hakimiyyət dövründə bu ölkənin qəbul etdiyi öhdəliklər görməməzliyə vurulacaq. Bu, ABŞ quruluşunun daxildən dağılması və siyasi əxlaqının süqut etməsinin nişanəsi deyilmi?”
Qeyd edək ki, iki gün öncə İranda Xubrəqan Məclisinin sədri postuna seçkilər keçirilib. Ayətullah Məhəmməd-Rza Məhdəvi-Kəninin vəfatından sonra ayətullah Məhəmməd Yəzdi "Xubrəqan Məclisinin" sədri vəzifəsinə seçilib.
İran İslam Respublikası Konstitusiyasının 107-ci maddəsinə əsasən, ölkədə ali liderin kimliyini müəyyənləşdirən, onun işinə nəzarət edən Xubrəqan Məclisi yalnız müctəhidlərdən təşkil edilib.
86 din alimindən ibarət olan bu quruma seçkilər səkkiz ildən bir keçirilir. Qurumun üzvləri xalq tərəfindən seçilir. /
 
 
 
 
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru