Ayətullah Xamenei: İslam Respublikası region və qonşu ölkələr üçün heç vaxt təhdid olmayıb və olmayacaq

 
Ali Lider Ayətullah Seyyid Əli xamenei  bu gün səhər İran Silahlı Qüvvələrinin komandirləri, işçiləri və şəhid ailələri ilə görüşüb. 
Maide.az xəbər verir ki,  İran İslam Respublikası heç vaxt region və qonşu ölkələr üçün təhdid olmayıb və olmayacaq. Lakin istənilən təcavüz qarşısında iqtidarlı şəkildə addım atacaq.
Ayətullah Xamenei deyib ki,  dünyada bir çox ordular var ki, qalib və yaxud məğlub olduqları zaman beynəlxalq qanunlar və insani parametrlərə sadiq qalmayır. “Bu məsələnin bariz nümunəsi beynəlxalq qüdrətlər, xüsusilə də Amerikanın hərəkətləridir ki, beynəlxalq qanunlar və insani parametrlərə heç bir etina etmir və hər bir cinayətə əl atır.”
Ali Lider Ayətullah Xamenei  Yəmən hadisələrini, Qəzzə və Livan müharibələrini beynəlxalq qanunlara sadiq qalmamağın nümunələri kimi göstərib və bildirib ki, İran Silahlı Qüvvələri həmişə islam qanunları çərçivəsində hərəkət edir , öhdəliklərə sadiqdir və heç vaxt qələbə zamanı tüğyan etmir, təhlükə vaxtında da qadağan olunmuş metod və vasitələrdən istifadə etmir.
Ayətullah Xamenei amerikalıların İrana qaşrı təhdidlərinə də toxunub və bildirib ki, bir müddət sükutdan sonra onların (ABŞ) rəsmilərindən biri son vaxtlar bir daha masa üzərində seçimlərin olmasından söz açıb. “Onlar bir tərəfdən bu "sözü" deyir, digər tərəfdən isə deyirlər ki, İran İslam Respublikası öz müdafiə inkişaflarını dayandırmalıdır. Bu söz axmaq sözdür.”
Ali Lider bildirib ki,  İran heç vaxt belə axmaq sözləri qəbul etməyəcək və İran xalqı sübut edib ki, əgər təcavüzə məruz qalarsa, tam iqtidarla özünü müdafiə edəcək və birlikdə möhkəm bir yumruq kimi məntiqsiz hücumçunun qarşısında dayanacaq.
Ayətullah Xamenei deyib ki,  Amerika və avropalılar və onların arxasınca gedən bəzi ölkələrin atom silahı əldə etməyə cəhd göstərmək bəhanəsi ilə çalışırlar İranı təhdid  kimi göstərsinlər . Lakin hazırda dünya və region üçün ən böyük təhdid ABŞ və sionist rejimdir. Çünki heç bir nəzarət olmadan və vicdan və din parametr və əsaslarına sadiq qalmadan lazım bildikləri hər bir yerdə müdaxilə edir və qırğınlar törədirlər./
 

Google+ WhatsApp ok.ru