Ayətullah Xamenei nüvə proqramı ilə bağlı 11 sualı cavablandırıb

Ali Lider, Ayətullah Xamenei İran və Qərb ölkələri arasında aparılan nüvə müzakirələri ilə bağlı 11 sualı cavablandırıb.
 
Maide.az İran KİV-lərinə istinadən həmin sual və cavabı oxucularımıza təqdim edir.  
 
1.  Nüvə müzakirələrinə nə üçün razılıq vermiz?
Ali Lider: Müzakirələrlə razılaşmaqda məqsəd imperializmin İrana qarşı yaratdığı düşmənçilik atmosferini aradan qaldırmaq idi...
 
2.Siz  nüvə razılaşmasına tərəfdarsız, yoxsa müxalif?
Ali Lider: Mən Amerika ilə müzakirələrə nikbin olmasam da, buna qarşı çıxmamışam...
 
3.Sizin İranın nüvə müzakirələri aparan komandasına münasibətiniz necədir?
Ali Lider:  Müzakirə aparanlara inanıram...
 
4. Nə üçün müzakirələrə münasibətdə nikbin deyilsiz?
Ali Lider:  Çünki qarşı tərəf hiylə, yalan, xəyanət əhlidir...
 
5. İran ABŞ-la nüvə məsələsindən əlavə məsələləri də müzakirə edir?
Ali Lider:  Biz yalnız nüvə məsələsini müzakirə edirik...
 
6. Sanksiyaların aqibəti necə olacaq?
Ali Lider:  Sanksiyalar tam və birdəfəyə ləğv olunmalıdır...
 
7.Nüvə texnologiyasını inkişaf etdirməyə zərurət varmı?
Ali Lider: Nüvə sənayesi həm enerji, həm dərman pereparatları əldə etmək üçün zəruridir...
 
8.Nüvə fəaliyyətlərinə nəzarət çərçivəsi nədən ibarətdir?
Ali Lider: Nüvə fəaliyyətlərinə nəzarət bəhanəsi ilə hərbi sənayeyə nəzarətə yol açmaq olmaz... 
 
9. Lozanna müzakirələrinə münasibətdə Siz hansı mövqeni tutursuz?
Ali Lider:  Nə qədər ki, tərəflərin üzərinə düşən məsuliyyət müəyyənləşməyib, hansı mövqedən danışmaq olar?!
 
10. Siz danışıqların təfərrüatından xəbərdardırsınızmı?
Ali Lider:  Mən müzakirələrin təfərrüatına müdaxilə etməmişəm və etmirəm...
 
11. Hökumət nüvə proqramına qarşı çıxanlarla necə rəftar etməlidir?
Ali Lider: Tənqidçiləri dəvət etrsinlər, onları dinləsinlər, inandırsınlar.../
 

Google+ WhatsApp ok.ru