Ayətullah Xamenei: Ölkənin iqtisadi problemlərinin həll yolu Cenevrə ,Nyu York və Luzannada deyil

Bu gün səhər Ali Lider Ayətullah Xamenei fəhlələr və işçilər həftəsi münasibəti ilə bir qrup fəhlə və onların məsul şəxsləri ilə görüşüb. 
Maide.az xəbər verir ki, görüşdə çıxışı zamanı Ayətullah Xamenei deyib ki, ölkədə iqtisadi problemlərin həll olunması üçün lazımdır ki, diqqət daxili istehsala yönəlsin və istehsalın keyfiyyəti və həcmi artırılsın.  “Ölkənin iqtisadi problemlərinin həll yolu Cenevrə , Nyu York və Luzannada deyil, ölkənin daxilindədir”. 
Ayətullah Xamenei dövlət qurumlarında istifadə olunan əşya və avadanlıqların digər ölkələrdən alınmamasına çağırıb. “Hökumət qərara almalıdır ki, ölkə daxilində istehsal olunan avadanlıqlardan istifadə etsin, xarici məhsulları almağı özünə haram bilsin”
Ayətullah Xamenei çıxışında həmçinin korrupsiya hallarının qarşısını sözlə deyil əməldə almağın zəruriliyini vurğulayıb “Oğru-oğru deməklə oğurluq edən şəxs oğurluğundan əl çəkməz. Məsul şəxslər korrupsiya haqqında danışmaqdansa sözün həqiqi mənasında korrupsiya hallarının qarşısını almağa çalışsınlar”./
 
 
 
 
 
 
 

Google+ WhatsApp ok.ru