Ayətullah Safi Gülpayqani: `İslam əsgərlərinin irəliləyişi böyük qələbənin müjdəçisidir`

"Dini alimləri ilə əlaqənizi davamlı və möhkəm tutun. Hər məsələdə onların hökmlərinə itaət edin. Həmd olsun Allaha ki, bu gün biz İraqda mərcəiyyətə itaətin bir çox faydasını və bərəkətini görürük."
 
Maide.az xəbər verir ki, bu sözləri Ayətullah Safi Gülpayqani iraqlı mücahidlərlə görüşdə deyib.
 
Görüşdə "Abbas Müqavimət Birlikləri" qrupunun İraq torpaqlarında əldə etdiyi nailiyyətlər haqqında qısa təqdimat keçirilib. Daha sonra çıxış edən Ayətullah Gülpayqani, "Sizlər həqiqətdə Həzrəti Vəliyyi Əsr əsgərlərisiniz. Belə kritik bir zamanda müsəlman İraq ölkəsini düşmənlərin hiylə və fitnələrindən qorudunuz. Həmd olsun Allaha ki, müharibə cəbhələrində İslam əsgərləri yüksək nailiyyətlər əldə etməyə davam edir. Bu vəziyyət Allahın izni və köməyi ilə İraqda böyük bir zəfərin müjdəçisidir", - deyib.
 
Ayətullah Gülpayqani sözlərini belə davam etdirib: "Sizlər müharibə meydanlarında İslam düşmənlərinin ürəklərinə qorxu salırsınız. İnşaallah gəzdirdiyiniz sadiq niyyətlərin bərəkəti ilə Allah düşməninizi zəlil və pərişan edəcək. Sizdən istəyim budur ki, dini alimlərlə olan əlaqənizi güclü saxlayasınız və davamlı edəsiniz. Onların məsləhətlərini nəzərə alın və hökmlərinə itaət edin. Həmd olsun Allaha ki, bu gün biz İraqda mərcəiyyətə itaətin bir çox faydasını və bərəkətini görürük. Sizin müharibə cəbhələrindəki qələbəniz bizim üçün bir şərəf vəsiləsidir. Biz İraq əsgərləri ilə eyni sıradayıq və özümüzü onlardan ayrı görmürük. Mənim salamımı bütün İslam əsgərlərinə çatdırın və deyin: "Əgər siz Allahın dininə yardım etsəniz, Allah da sizə yardım edəcək və addımlarınızı sağlam edəcəkdir". Hər zaman onlar üçün dua edirik."

Google+ WhatsApp ok.ru