Ayətullah Nuri Həmədani Şamaxı və Gəncədə olub -VİDEO

Qafqaz Müsəlmanları İdarəsinin dəvəti ilə Azərbaycanda səfərdə olan tanınmış din xadimi Ayətullahul-Uzma Şeyx Hüseyn Nuri Həmədani ötən gün Şamaxı şəhərində olub. QMİ mətbuat mərkəzindən daxil olan məlumata görə, Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislamın müşayiəti ilə Şamaxıya gəlmiş ali ruhani qonağı Şamaxı Cümə məscidində Şamaxı İcra Hakimiyyətinin başçısı Asif Ağayev və məscidin icması səmimiyyət və ehtiramla qarşılayıblar.

Ayətullah Şeyx Hüseyn Nuri Həmədani həmçinin sentyabrın 2-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadənin müşayiəti ilə Gəncəyə gedib.

Gəncə ilə ilk tanışlığa dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin məqbərəsindən başlayan müctəhid şairin məzarını ziyarət edib, ruhuna dualar oxuyub.

Google+ WhatsApp ok.ru