Ayətullah Nimrin qardaşı: Səudiyyə rejimi çox çirkin bir iş tutdu, aksiyalar davam edəcək

Şeyx Nimrin qardaşı Məhəmməd Nimr qardaşı Ayətullah Şeyx Nimrin şəhid edilməsi xəbərini təsdiqləyib və Səudiyyə rejiminin bu hərəkətini çox çirkin bir hərəkət adlandırıb. 
Maide.az xəbər verir ki, M.Nimr deyib ki, biz Səudiyyə Ərəbistan rejimindən daha ağıllı hərəkət edəcəklərini gözləyirdik. “Şeyx Nimrin şəhid edilməsinə etiraz olaraq, beynəlxalq təşkilatlara müraciət etməyəcəyik. Çünki bilirik ki, onların əlindən bir iş gəlməyəcək.”
O, Səudiyyə Ərəbistan rejiminə qarşı dinc aksiyalar təşkil edəcəklərini elan edib. 
Qeyd edək ki, Səudiyyə Ərəbistannın Daxili İşlər Nazirliyi  bu gün bəyanat yayaraq 47 nəfər, o cümlədən Ayətullah Şeyx Nimrin edam edildiyini elan edib. 
Şeyx Nimr Səudiyyə rejiminin ən tanınmış siyasi məhbuslarından biri idi. O 2014-cü ildə Səudiyyə rejim padşahına boyun əymədiyi və bu rejimi tənqid etdiyi üçün edama məhkum olunmuşdu. 
Şeyx Nimr ölkənin təhlükəsizliyini pozmaqda, hökumətə qarşı və siyasi məhbusların müdafiəsi üçün çıxışlar etməkdə ittiham olunurdu. 
Qeyd edək ki, Ərəbistanın Ali və Kassasiya məhkəmələri 2015-ci ilin oktyabr ayında ölkənin tanınmış şiə alimi Şeyx Nimrin edam hökmünü təsdiq etmişdi. Bu hökmə dünyanın müxtəlif ölkələrindən din xadimləri, müctəhidlər, siyasi və ictimai faəllar etirazlarını bildirmişdilər. /
 
 

Google+ WhatsApp ok.ru