Ayətullah Nimrin edamı Pakistan və Hindistanda da qınandı - FOTO

Səud rejiminin son edamlari Hindistan və Pakistanda da geniş etirazlar doğurdu.Maide.az xəbər veriri ki, aksiyalarda Səud rejimi ilə yanaşı ABŞ, sionist İsrail rejimi və IŞİD əleyhinə şüarlar da səsləndirilib.Kəşmirdə də etirazçılar səud rejiminin bu addımını kəskin pisləyiblər.Pakistanın paytaxt İslamabad, Kəraçi, Ravalpindi və Lanarka şəhərlərində narazı xalq etiraz yürüşləri keçirib.  

Əllərində müxtəlif plakatlar daşıyan pakistanlı nümayişçilər səudun bu addımının insanlıqdan kənar addım olduğunu bildiriblər.

Bənzər etiraz nümayişləri Hindistanın müxtəlif şəhərlərində də təşkil edilib. Nümayişlərdə səud rejiminin insanlıqdan kənar cinayəti qınanıb./

Google+ WhatsApp ok.ru