Ayətullah Vaez Təbəsi vəfat edib

Ali rəhbər Ayətullah Xameneinin  Xorasan əyaləti  üzrə nümayəndəsi və Astane Qüdsi Rəzəvinin (İmam Rza (ə) hərəminin) vəqf ərazilərinin qəyyumu  Ayətullah  Abbas Vaez Təbəsi  cümə günü səhər  vəfat edib. 
 
Maide.az xəbər verir ki, Ayətullah  Vaez Təbəsi bir həftə öncə nəfəs almada əziyyət çəkdiyi üçün Məşhəddə İmam Rza (ə) adına xəstəxanaya yatırılmışdı. 
 
O, 1935-ci ildə  Məşhəd şəhərində  ruhani ailəsində  doğulmuşdu. 
 
Ayətullah  Təbəsi  İslam İnqilabının qələbəsindən sonra İmam Xomeyni (r.ə) tərəfindən Xorasan əyalətində nümayəndə və  Astane Qüdsi Rəzəvinin (İmam Rza (ə) hərəminin) vəqf ərazilərinin qəyyumu  təyin edilib. İmam Xomeyni (r.ə) vəfatından sonra Ali rəhbər Ayətullah  Xamenei onun həmin vəzifələrdə qalmasını  təsdiqləyib.  Ayətullah Təbəsi  həmçinin  İran Nəzarət Şurasının və  Xobreqan Ekspertlər Şurası  Məclisinin üzvi olub. O həmçinin  Xorasan Dini Elmi Hövzəsinin rəhbəri olub.
 

Allah rəhmət elesin./

Google+ WhatsApp ok.ru