Ayətullah Məkarim Şirazi Pakistan şiələrilə bağlı bəyanat yaydı

Təqlid mərcələrindən olan Ayətullah Nasir Məkarim Şirazi Pakistanda şiələrə qarşı zorakılıqlarla bağlı bəyanat yayıb.
 
 Ayətullah Məkarim Şirazi bir bəyanat yayaraq Pakistanda şiələrə qarşı zorakılıqlardan nigaran qaldığını bildirib və beynəlxalq qurumlardan, xüsusilə Pakistan rəhbərliyindən müsəlmanların vəhdətinə xələl gətirən bu kimi halların qarşısının dərhal almalarını istəyib.
 
"Pakistanda hərbçilər və bəzi dövlət qurumları vasitəsi ilə şiələrə qarşı kobud hərəkətlər çoxlu sayda şiənin aclıq elan etməsi ilə nəticələnib və onların bəzilərinin durumunun ağır olduğu deyilir. İran İslam Respublikası Pakistan dövləti və xalqı ilə ən yüksəs səviyyədə dost və qardaş münasibətlərə malik olmaq istəyir. Lakin vəhhabi ünsürlər tərəfindən həyata keçirilən bu kimi hərəkətlər dünya şiələri,  xüsusi ilə də İran şiələri üçün dözülməzdir.", -deyə bəyanatda bildirilir.(islamazeri.az)

Google+ WhatsApp ok.ru