Ayətullah Xameneinin ofisi:6 iyul Fitr bayramı günüdür-FOTO

Ayətullah Xameneinin ofisi:6 iyul Fitr bayramı günüdür-FOTO

 Şəvval ayı müşahidə olunduğu üçün  İyul ayının 6-i Şəvval ayının 1-ci günü və Fitr bayramı günüdür. Bunu Ali Rəhbər  Ayətullah Seyyid Əli Xameneinin ofisi yanında ayın müəyyən edilməsi üzrə komitə məlumat verib.
 
Maide.Az  xəbər verir ki,150 ekspert qrupu ayın müəyyənləşdirilməsi üzrə işlər aparıb. "Mübarək Ramazan ayında  tutulan oruclar və edilən ibadətlərin qəbul olunması arzusu ilə,  elən edirik ki,  ölkənin bir neçə bölgəsində  verilən  dəqiq məlumatlara görə,  Şəvval ayının ayı bu gün  görsənib  və  Ali Rəhbər Ayətullah Xamenei cənablarına  ayın görsənməsi sübuta yetirilib.  Buna görə sabah (iyul ayının  6-sı)  Fitr bayramı günüdür. Bu bayram münasibəti ilə  bütün  mömin qardaş və bacıları  təbrik edirik.  Fitr bayramı namazı  ölkənin bütün bölgələrində  qılınacaq."
 

Ali Rəhbər  Ayətullah Xameneinin  imaməti ilə Fitr bayramı namazı sabah saat 8-də  Tehranda  qılınacaq. 

Qeyd edək ki, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) də Ramazan bayramı namazının vaxtı ilə əlaqədar açıqlama yayıb.  QMİ-nin mətbuat xidmətindən verilən məlumata görə, bayram namazı Azərbaycanda da iyulun 6-da qılınacaq.  

 
 
 

Google+ WhatsApp ok.ru