Ayətullah İsa Qasim gələn ay məhkəmə qarşısına çıxarılacaq

Ayətullah İsa Qasim gələn ay məhkəmə qarşısına çıxarılacaq

Bəhreynin Baş Prokurorluğu şənbə günü elan edib ki, gələn ay Ayətullah İsa Qasim məhkəmə qarşısına çıxarılacaq.
 
Maide.Az xəbər verir ki, prokurorluqdan verilən məlumata görə məhkəmə önünə çıxacaq olan ruhani Ayətullah İsa Qasim “çirkli pulların yuyulması” və qanunsuz olaraq insanlardan pul yığmaqda ittiham olunur.
 
Prokrorluq iddia edib ki, iki şəxsin bildirdiyinə görə, Ayətullah Qasim dövlətdən iznsiz olaraq pul toplayıb insanlardan və həmin şahidlər onunla əlbir olublar.
 
Məhkəmənin avqust ayının əvvəllərində başlayacağı bildirilir.
 
Bəhreyn rejimi bir müddət öncə Ayətullah İsa Qasimi vətəndaşlıqdan çıxardıb. Həmin gündən indiyədək Bəhreyn xalqı Ayətullah İsa Qasimə qarşı atılan qərəzli addıma etiraz etməyə davam edir.
 
Ölkənin bir neçə bölgəsində, xüsusən Ayətullah İsa Qasimin evinin olduğu əd-Dərraz şəhərində dünən, kütləvi etiraz aksiyaları qeydə alınıb. Ali-Xəlifə qüvvələri etirazçılara hücum edərək, göz yaşardıcı qazlardan istifadə ediblər.
 
Qeyd edək ki, digər bir məlumata görə, Bəhreyn rejim məhkəməsi Əl-Vifaq İslami Cəmiyyətinin bağlanılması ilə son qərarı qəbul edib. Bazar günü keçirilən məhkəmədə həmçinin Əl-Vifaq Cəmiyyətinin əmlakının müsadirə və satışa çıxarılmasına qərar verilib.

Google+ WhatsApp ok.ru