Ayətullah Şeyx İsa Qasimin növbəti məhkəməsi sentyabrın 15-də olacaq

Ayətullah Şeyx İsa Qasimin növbəti məhkəməsi sentyabrın 15-də olacaq

Ötən gün Bəhreyn Ağır Cinayətlərə dair məhkəməsi ötən gün Ayətullah Şeyx İsa Qasimin qiyabında ikinci iclasını keçirib və məhkəmə başladıqdan az sonra  başa çatıb. 
 
Maide.Az xəbər verir ki, məhkəmə qərar qəbul edib ki, növbəti iclas snetybarın 15-də keçirilsin.
 
Ali Xəlifə rejimi  məhkəməsi  Şeyx İsa Qasimi  “terrorizmə yardım və çirkli pulların yuyulması ittihamı” ilə məhkəmə qarşısına çıxartmaq istəyir.  
 
Bəhreynli müxaliflər və etirazçılar  məhkəməni baykot ediblər və elan ediblər ki,Şeyx İsa Qasim  bu məhkəmədə iştirak etməyəcək. 
 
Bəhreyn Daxili İşlər Nazirliiyi  bir müddət öncə ölkənin aparıcı ruhanilərindən Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib.
 
 

Google+ WhatsApp ok.ru