Ayətullah Şeyx İsa Qasimin məhkəməsi təxirə salındı

Ayətullah Şeyx İsa Qasimin məhkəməsi təxirə salındı

Bəhreyn şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin bu gün keçirilməsi nəzərdə tutulan məhkəməsi təxirə salınıb. 
 
Maide.Az xəbər verir ki, ötən gecə Bəhreynin müxtəlif bölgələrində 150 min nəfərdən çox insanın iştirakı ilə Şeyx İsa Qasimə dəstək məqsədilə keçirilən etiraz aksiyasının ardınca Ali Xəlifə rejimi Şeyx İsa Qasimin məhkəməsinin vaxtını dəyişib. 
 
Belə ki, bu gün keçirilməsi nəzərdə tutulan məhkəmə fevral ayının 12-ə kimi təxirə salınıb. 
 
Qeyd edək ki, ötən axşam Bəhreynin 48 bölgəsində 150 min nəfərdən çox kəfən geyinmiş insanın iştirakı ilə Şeyx İsa Qasimə dəstək mitinqi keçirilib.
 
Ayətullah İsa Qasim “çirkli pulların yuyulması” və qanunsuz olaraq insanlardan pul yığmaqda ittiham olunur.  Ali Xəlifə rejimi təqribən 8 ay öncə Ayətullah Şeyx İsa Qasimin vətəndaşlığını ləğv edib və onun yaşadığı bölgəni mühasirə edib. Bəhreyn xalqı öz rəhbərlərini müdafiə etmək məqsədi ilə onun evinin qarşısında oturaq aksiya keçirir. Hazırda Ali Xəlifə rejim hərbiçilərinin mühasirəsi və Diraz bölgəsinə gediş-gəlişin qadağan edilməsinə görə, 18 min bəhreynli öz qohum əqrabası ilə görüşə bilmir.

 

Google+ WhatsApp ok.ru