Ayətullah Nuri Həmədani: `ABŞ İslam dünyasının bir nömrəli düşmənidir`

Ayətullah Nuri Həmədani: `ABŞ İslam dünyasının bir nömrəli düşmənidir`

Əhli-Beyt (ə) ardıcıllarının böyük mərcəyi-təqlid alimlərindən Ayətullah Hüseyn Nuri Həmədani düşmənin təfriqə və qarşıdurma törətmək və vəhhabilik kimi saxta təriqətlər yaradıb təkfirçilik və sələfiliyi himayə etməklə müsəlmanlara böyük zərbə vurduğunu təəssüflə qeyd edib.
 
Ayətullah Nuri Həmədani tələbələri qarşısında etdiyi çıxışında, müsəlmanların bu radikal qrupları tanıdıb, onlardan xəbərdar olduqlarını bəyan etməli olduqlarını deyib.
 
Müctəhid bu problemlərin əsas səbəbkarının qlobal imperialist gücün, yəni ABŞ-ın olduğunu qeyd edərək, müsəlmanların bir nömrəli düşməni sayılan ABŞ-dan qəflət etməməli olduğunu sözlərinə əlavə edib.
 
Ayətullah Həmədani ABŞ-ın təkfirçi qrupları yaratmaq, bölgədəki nökərlərinə yardım edib Yəmən və Bəhreyndə insanların qanını tökmək yoluyla, sionist İsrail rejimi üçün etibarlı bir region yaratmağa çalışdığını bildirib.
 
Ayətullah Nuri Həmədani, İranın imperializmə qarşı ön cərgədə mübarizə apardığı və regionda müqavimət qüvvələrini birləşdirdiyi üçün ən çox İranla düşmənçilik edildiyini qeyd edib. (deyerler) /

Google+ WhatsApp ok.ru