Ayətullah Şeyx İsa Qasim bir il müddətinə azadlıqdan məhrum edildi 21 May 2017 01:00 Dünya Bu gün Bəhreyndə ölkə şiələrinin rəhbəri Ayətullah Şeyx İsa Qasimin məhkəməsi keçirilib. Maide.Az xəbər verir ki, Ali Xəlifə rejimi məhkəməsinin hökmü ilə Ayətullah Şeyx İsa Qasim 1 il müddətinə azadlıqdan məhrum edilib. Məhkəmənin qərarı ilə 3 milyon Bəhreyn dinarı məbləğində əmlakı müsadirə olunmaqla 1000 Bəhreyn dinarı məbləğində cərimə edilib. Məhkəmənin qərarına əsasən, Ayətullah Isa Qasim barəsində çıxarılan 1 illik həbs cəzasının icrası üç il təxirə salınır. Şeyx İsa Qasim Bəhreyn şiələrinin rəhbəridir. O, 1971-ci ildə Bəhreyn ölkəsi müstəqil olduqdan sonra təhsil aldığı Nəcəf şəhərindən ölkəsinə qayıdıb və xalqın seçimi ilə parlamentdə təmsil olunub və uzun müddət Bəhreyn Milli Məclisinin üzvi olub. Şeyx İsa Qasim 2011-ci ildən etibarən Bəhreyndə başlayan və siyasi islahatların keçirilməsini tələb edən dinc etiraz aksiyalarının lideri hesab edilir. Bəhreyn rejimi onun vtəndaşlığını ləğv edib. Bundan sonra Bəhreyndə kütləvi aksiyalar baş qaldırıb. Ölkənin bir neçə bölgəsində, xüsusən Ayətullah İsa Qasimin evinin olduğu əd-Dərraz bölgəsində etirazlar davam edir. Qeyd edək ki, bir müddət öncə Bəhreyn təhlükəsizlik rəsmilərindən Əmcəd Taha öz tviter səhifəsində tezliklə Ayətullah Şeyx İsa Qasimin Bəhreyndən sürgün ediləcyi ilə bağlı paylaşım etmişdir. Xatırladaq ki Bəhreyn insanların vətəndaşlıqdan məhrum edilməsinə görə dünyada birinci yerdədir. Statistikaya görə bu ölkə rejimi son bir ildə 250 insanı vətəndaşlıqdan məhrum edib. Ali-Xəlifə rejimi ölkədə demoqrafik vəziyyəti hakim ailənin xeyrinə dəyişmək üçün fəalları vətəndaşlıqdan məhrum edir və onların yerinə Cənubi-Şərqi Asiya ölkələrindən vətəndaşlıq istəyən şəxslərə Bəhreyn pasportu almaq üçün asan şərait yaradır Teqlər : #Ayətullah Şeyx İsa Qasim bir il müddətinə azadlıqdan məhrum edildi, Facebook Twitter Google+ WhatsApp Telegram ok.ru İranda seçkilərinin son nəticələri: Ruhani yenidən prezident oldu İstanbulda Səudiyyə konsulluğu önündə etiraz aksiyası keçrilib- VİDEO, FOTO
Əfqanıstanda məsciddəki terror nəticəsində şəhid olanların sayı 62-yə çatıb - YENİLƏNİB 3 (VİDEO/FOTO)
Putin: 'Rusiya ilə ABŞ-ın qarşılıqlı maraqları iki ölkə arasında münasibətlərin sabitləşməsinə imkan verəcək'
İranın Baş Qərargah rəisi Pakistanın Quru Qoşunlarının komandanı ilə regional məsələləri müzakirə edib
Bəhreyn polisi İsrailin Manamadakı səfirliyi qarşısında keçirilən aksiya iştirakçılarına hücum edib - FOTO