Ayətullah Haşimi Şahrudi  vəfat edib - YENİLƏNİB 2

Ayətullah Haşimi Şahrudi vəfat edib - YENİLƏNİB 2

23:00
 
"İnna lillah və inna ileyhi raciun"
 
İran Məsləhət Şurasının sədri Ayətullah Mahmud Haşimi Şahrudi ötən gün  yerli vaxtla 22:03 -dəqiqədə Tehranda vəfat edib. 
 
Maide.Az “tasnimnews” saytına istinadən xəbər verir ki, məlumatı mərhum Ayətullah Şahrudinin ailəsi rəsmi bəyanat yayaraq bildirib. 
 
Ayətullah Şahrudi 70 yaşında  uzun müddət Tehranda xəstəxanaların birində müalicə olunduqdan sonra vəfat edib. Onun Qum şəhərində Həzrət Məsumənin (s) hərəmində dəfn olunacağı bildirilir. 
 
Mərhum Ayətullah Şahrudi 1948-ci ildə Nəcəf Şəhərində anadan olmuş və şəhid Ayətullah  Seyid Məhəmməd Baqir Sədrin tələbələrindən olub.  Ayətullah Şahrudi həmçinin mərhum İmam Xomeyni (rə) və  Ayətullah Xoyidən (rə)  də dərs alıb.  
 
Qeyd edək ki,  Ayətullah  Şahrudinin ötən gün səhər vəfat etməsinə  dair xəbərlər yayılsada sonrada onun həkimi tərəfindən  təkzib olunmuşdu. 
 
Allah rəhmət etsin!
 
***
Ayətullah Haşimi Şahrudinin vəfat etdiyi xəbəri İranın mötəbər xəbər agentlikləri tərəfindən bildirilsə də, Fars agentliyinin məlumatına görə, ötən gün yerləşdirildiyi xəstəxananın baş həkimi Ayətullah Şahrudinin ölüm xəbərini təkzib edərək komada olduğunu və vəziyyətinin ağır olduğunu bildirib.
 
***
"İnna lillah və inna ileyhi raciun"
 
İran Məsləhət Şurasının sədri Ayətullah Mahmud Haşimi Şahrudi bu gün vəfat edib. 
Maide.Az “tasnimnews” saytına istinadən xəbər verir ki,  uzun müddət Tehranda xəstəxanaların birində müalicə alan Ayətullah  Şahrudi bu gün 70 yaşında vəfat edib. 
 
Mərhum Ayətullah Şahrudi 1948-ci ildə Nəcəf Şəhərində anadan olmuş və şəhid Ayətullah  Seyid Məhəmməd Baqir Sədrin tələbələrindən olub.  Ayətullah Şahrudi həmçinin mərhum İmam Xomeyni (rə) və  Ayətullah Xoyidən (rə)  də dərs alıb.  
 
Allah rəhmət etsin!
 

Google+ WhatsApp ok.ru